Məzmuna keç

Bakıda ikimərtəbəli evdə, Gəncədə daş sexində yanğın oldu

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 250 m² (1-ci mərtəbəsi 160 m², 2-ci mərtəbəsi 90 m² ) olan ikimərtəbəli evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 90 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə, Gəncə şəhərində inşaat materiallarının satışı bazarının ərazisində ümumi sahəsi 50 m² olan daş sexinin içərisində 300 ədəd plastik qəlib və 1 ədəd dəzgah yanıb. Sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.