Kürdəmirdə baş verən ana ölümü ilə bağlı cinayət işi başlandı


  • 6 Noyabr 2022 17:43

Kürdəmir rayonunda baş verən ana ölümü ilə bağlı cinayət işi başlanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Noyabrın 6-da Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında 2005-ci il təvəllüdlü Şəbinur İsayevanın qeysəriyyə əməliyyatından sonra səhhətinin pisləşməsi nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə)maddəsi ilə cinayət işi başlanıb.

Oxşar xəbərlər