Vəkil: "Qətl cinayətlərinin artmasını Rəşad Dağlı ilə əlaqələndirmək olar"


  • 3 Dekabr 2022 11:15

"Bir neçə gün əvvəl Bakı şəhərində 3 nəfərin, dünən Beyləqanda bir ailənin 4 üzvünün qətlə yetirilməsi, həmçinin ayrı-ayrı şəxslərin də qətlə yetirilməsi ilə əlaqədar hadisələrin artmasını Rəşad Dağlı məsələsi ilə də əlaqələndirmək olar. Cəmiyyətin bu hadisəyə reaksiyası həddən artıq təhlükəli idi".

Bunu e-huquq.az-a açıqlamasında vəkil Anar Məmişov bildirib.

O qeyd edib ki, qətl hadisələrinə zərərçəkmiş şəxsin kimliyi baxımından yanaşmaq olduqca təhlükəli tendensiyadır: "İctimai qınaq əvəzinə ictimai "təşəkkür" göstərilməsi digər insanların da cinayətkar fəaliyyətə meyl göstərməsinə səbəb ola bilir. Həmçinin Xüsusən "namus cinayətləri" ilə bağlı məlumatlara yazılan şərhlərlə tanış olarkən cəmiyyətin nə qədər təhlükəli vəziyyətdə olduğunu görə bilərik. Bunun üçün ciddi maarifləndirmə işləri aparılmalı, bütün problemlərin sivil qaydada, məhkəmə yolu ilə həllinin mümkünlüyü aşılanmalıdır. Əks halda hələ çox insan həyatının puç olduğunu görməyə davam edəcəyik".

Oxşar xəbərlər