Məzmuna keç

Yevlaxda yataqxanada yanğın oldu:

Yevlax şəhərində üçmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 36 m² olan mənzilin 1 otağında ev əşyaları 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a bildirilib ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.