Məzmuna keç

Bakıda 3 nəfərin bıçaqlanması ilə bağlı cinayət işi başlandı

Dekabrın 18-də, saat 23 radələrində paytaxtın Xətai rayonu ərazisində 2004-cü il təvəllüdlü Nemət Hacıyevin öldürülməsi, hadisə yerində olan daha 2 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə e-huquq.az-a Xətai rayon prokurorluğundan məlumat verilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxsin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hazırda iş üzrə istintaq davam edir.