Qala-Türkan yolunda yol qəzası olub, üç nəfər ölüb
Xəzər rayonu Qala-Türkan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsində üç nəfər ölüb, bir nəfər xəsarət alıb.
DİN-in mətbuat xidmətindən e-huquq.az-a bildirilib ki, bu gün saat 17:30 radələrində “VAZ-2107” və “Hundai” maraklı avtomobillər toquşşub.
Hadisədə “Vaz-2107” avtomobilin sürücüsü 1959-cü il təvəllüdlü Qurban Əliyev, sərnişinləri – 2009-cü il təvəllüdlü Lütfəlizadə Aminə və bacısı 2006-cı il təvəllüdlü Zalina həyatlarını itirib. Bacıların anası isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.

