Məzmuna keç

Bakıda yol qəzasında ölənlərin sayı 5-ə çatdı –

Bakıda ağır yol qəzası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Bu barədə e-huquq.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, hadisə "Mercedes" markalı avtomobilin "Toyota"nın qarşısına çıxması nəticəsində baş verib.

Nəticədə onlardan üçü hadisə yerində, ikisi isə xəstəxanada vəfat edib. Bunlar "Mercedes" markalı avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, onun sərnişinləri – 1994-cü il təvvəllüdlü Aytəkin Allahyarova, 1997-ci il təvəllüdlü Jalə Aslanova və 2001-ci il təvəllüdlü Könül Namazova, həmçinin "Toyota" markalı avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü Pərviz Əlizadədir.

Faktla bağlı cinayat işi başlanılıb, araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyi Bakı şəhərinin Nizami rayonunda yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən e-huquq.az-a daxil olan məlumata görə, "Toyota" və "Mercedes" markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Bakıda ağır yol qəzası olub, 3 nəfər ölüb.

E-huquq.az xəbər verir ki, hadisə Nizami rayonunda, "Şəfa" stadionu yaxınlığında qeydə alınıb.

Qəza "Mercedes" markalı iki minik avtomobilin iştirakı ilə qeydə alınıb. Həlak olanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az-ın məlumatına görə, hadisə "Toyota Prius" və "Mercedes C Class"ın iştirakı ilə qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində ölən və yaralananlar var.