Məzmuna keç

Bakıda yol qəzası baş verib, ölənlər var

Bakının Suraxanı rayonunda yol qəzası baş verib.

E-huquq.az xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Əhmədov Eldəniz Umud oğlu idarə etdiyi “VAZ” markalı avtomobildə sükana nəzarəti itirib.

Nəticədə maşın aşıb.

Qəza zamanı E.Əhmədov və hələlik şəxsiyyəti bilinməyən sərnişin hadisə yerində ölüb.

Digər sərnişin 1967-ci il təvəllüdlü Qurbanov Oqtay Süleyman oğlu ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.

Mənbə: APA