Məzmuna keç

Bakıda tikinti materialları mağazasında yanğın baş verdi:

Bu gün paytaxtın Nərimanov rayonu, Ziya Bünyatov prospekti, FAB mağazası yaxınlığında yerləşən tikinti materiallarının satışı mağazasında yanğınla müşahidə olunan hadisə baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov hadisə haqqında bildirib ki, yanğın nəticəsində obyektdə 2 nəfər xəsarət alıb və tibbi müayinədən keçirilməsi üçün xəstəxanaya yerləşdiriliblər.

Hal-hazırda hadisənin baş vermə səbəbləri ilə əlaqədar yerində araşdırılma aparılır.

Obyektin qaz təsərrüfatı və yaxınlığında keçən kommunikasiya xətlərində təsbit işləri görülür.

Həmçinin Departament rəisi qeyd edib ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən hadisə yerində müvafiq tədbirlər görülməkdədir.