Məzmuna keç

Suraxanıda ikimərtəbəli binada yanğın oldu

Bakı şəhərinin Suraxanı rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 24 m² olan mənzilin yanar konstruksiyaları və binaya bitişik ümumi sahəsi 20 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili yanıb.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a bildirilib ki, digər mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.