Məzmuna keç

Bakıda vətəndaşların telefonunu oğurlamaqda ittiham edilən şəxs həbs edildi

Sabunçu Rayonunda oğurluqda ittiham edilərək saxlanılan Əli Quliyevin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, məhkəmə vəsatəti təmin edib və Ə.Quliyev barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, təqsirləndirilən şəxs ictimai nəqliyyatda oğurluqla məşğul olub. Belə ki, o ayrı-ayrı şəxslərin telefonun oğurlayaraq qaçıb.

Hadisə ilə bağlı 8 nəfər zərərçəkmiş şəxs polisə müraciət edib.

Eltac Nurullazadə