- 00:06
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı başsağlığı verib.
E-huquq.az-ın məlumatına görə, bu barədə səfir “Twitter“ səhifəsində paylaşım edib.
O, Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilməsi və səfirlik əməkdaşının qətlə yetirilməsi xəbərindən sarsıldığını bildirib: “Qətlə yetirilən şəxsin ailəsinə başsağlığı verir, yaralılara şəfa diləyirəm".
Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində 1 nəfər ölüb, iki nəfər yaralanıb.
Eltac Nurullazadə