Məzmuna keç

Əvvəl arvadını bıçaqladı, sonra özünə xəsarət yetirdi

Bu gün saat 17 radələrində 1962-ci il təvəllüdlü Oğuz şəhər sakini Nazim Rəhimov əvvəlcə kəsici alətlə arvadı, 1966-ci il təvəllüdlü Sevinc Rəhimovaya, daha sonra isə özünə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Bu barədə e-huquq.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.