Məzmuna keç

Bakıda 35 yaşlı kişi qətlə yetirildi –

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Muradzadə Ülvi Təzəxan oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Bu barədə e-huquq.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

***

08.26

Avqustun 6-də saat 05 radələrində Xətai rayonu Məzahir Rüstəmov küçəsində 1988-ci il təvəllüdlü Bakı şəhər sakini Potapov Dimitri İqoyeviçin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması və orada ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən e-huquq.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən edilib saxlanılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.