Məzmuna keç

Göygöldə birmərtəbəli evdə yanğın oldu

Göygöl rayonunun Mollacəlilli kəndində ümumi sahəsi 84 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 28 m² sahədə və dam örtüyü 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.