Astara rayon sakini, 2005-ci il təvəllüdlü Z.Hüseynlinin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.
E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü E.Şabanzadə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
