Məzmuna keç

Xırdalanda ev yandı

Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 42 m² olan 2 otaqlı mənzilin dəhlizində divara quraşdırılan elektrik lövhəsi və ev əşyaları 1 m² sahədə yanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Fğvqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.