Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın baş verib.
E-huquq.az xəbər verir ki, yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin 3 helikopteri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.
