Məzmuna keç

FHN Yevlax şəhər Mərkəzi Xəstəxanasında baş verən yanğınla bağlı məlumat yaydı

FHN Yevlax şəhər Mərkəzi Xəstəxanasında baş verən yanğınla bağlı məlumat yaydı

Yevlax şəhər Mərkəzi Xəstəxanasının yerləşdiyi dördmərtəbəli binanın üçüncü mərtəbəsində şaxtadan keçən elektrik kabelləri 3 p.m yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) e-huquq.az-a verilən məlumata görə, yüksək temperaturdan 3-cü mərtəbənin tavanı 5 m² sahədə əriyib.

Yanğın zamanı 8 nəfər xəstə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.