Məzmuna keç

Kəlbəcərdə maşın dərəyə aşıb, 2 Türkiyə vətəndaşı ölüb

Göygöl-Toğanalı-Kəlbəcər yolunun Ömər aşırımı hissəsində ağır yol qəzası baş verib.

E-huquq.az xəbər verir ki, avtomobilin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində Türkiyə vətəndaşları – 1977-ci il təvəllüdlü İ.Cörgülüoğlu, 1995-ci il təvəllüdlü S.Çelik ölüb, 1993-cü il təvəllüdlü M.Okumuş isə xəsarət alıb.