Məzmuna keç

Türkiyədə fabrikdə yanğın olub

Türkiyənin Kocaeli şəhərində palet fabrikində yanğın baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çayırova rayonunda yanğının baş verdiyi fabrikə yanğınsöndürənlər göndərilib.

Yanğın qısa müddətdə söndürülüb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələllik məlum deyil.

Şəbnəm Mehdizadə