Məzmuna keç

Bakıda xarici şirkətin əməkdaşı iş zamanı xəsarət alıb

Avqustun 23-də "Franklin Offshore İnternational PTE.LTD." Şirkətinin Azərbaycan Respublikasındakı "Franklin Offşor Kaspian LTD." Nümayəndəliyinin işçisi Məmmədov Məmməd Gülməmməd oğlunun xəsarət alması barədə məlumat daxil olub.

Bu barədə e-huquq.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

Bildirilib ki, faktla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətində araşdırma aparılır.

Araşdırma yekunlaşdıqdan sonra qanunvericiliyin tələblərinə müvafiq olaraq məsələyə hüquqi qiymət veriləcək.

Şəbnəm Mehdizadə