Məzmuna keç

Azərbaycan Ordusunun mövqeləri minaatanlardan atəşə tutulur

Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini minaatanlardan atəşə tutur.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür.