Məzmuna keç

Nigeriyada terrorçulara maddi-texniki dəstək verən 12 nəfər saxlanılıb

Nigeriyada “Boko Haram” terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nigeriya Müdafiə Nazirliyinin rəsmisi Edvard Buba məlumat verib.

O qeyd edib ki, əməliyyat zamanı terror təşkilatına maddi-texniki dəstək verən 12 nəfər saxlanılıb.

Buba ordunun ərzaq məhsulları, külli miqdarda yanacaq və 3,1 milyon naira nağd pul ələ keçirdiyini də bildirib.

O, ordunun Yobe əyalətinin Qucba bölgəsində təşkilata qarşı əməliyyatlarını davam etdirdiyini vurğulayıb.

Qeyd edək ki, 2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan “Boko Haram”ın 2009-cu ildən bəri həyata keçirdiyi kütləvi zorakılıqlarda on minlərlə insan həyatını itirib. Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir.

Şəbnəm Mehdizadə