Ermənistanın təxribatı nəticəsində iki hərbi qulluqçumuz yaralandı


  • 19 Sentyabr 12:25

Sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

Bu barədə e-huquq.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib.

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Oxşar xəbərlər

  • 26 Sentyabr 00:06
Suraxanıda yanğın oldu