Məzmuna keç

Hərbçimiz qəzada həlak oldu –

Azərbaycan Ordusunun hərbçisi yol qəzasında həlak olub.

Bu barədə e-huquq.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 6-sı saat 03:45 radələrində Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Babayev Ziya Baba oğlu həlak olub.

"Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir", – MN-dən bildirilib.

***

Azərbaycan Ordusunun hərbçisi Ziya Baba oğlu Babayev avtomobil qəzasında həlak olub.

E-huquq.az xəbər verir ki, hadisə Füzuli rayonunda qeydə alınıb.

Mərhum doğuluğu Şabran rayonunda dəfn olunacaq.