Məzmuna keç

Səhiyyə Nazirliyi Qusarda həkimin rüşvət alması barədə məlumatlara münasibət bildirdi

Səhiyyə Nazirliyi Qusarda həkimin rüşvət alması barədə məlumatlara münasibət bildirdi

Səhiyyə Nazirliyi Qusar rayon Mərkəzi Xəstəxanasında həkimin vətəndaşdan rüşvət alması ilə bağlı yayılan videoya münasibət bildirib.

Nazirlikdən e-huquq.az-a bildirilib ki, məsələ araşdırılıb.

“Həkimə 3 manat pul verilib. Pul verən ilə videonu çəkən ayrı-ayrı şəxslərdir. Pul verən şəxs həkimdən şikayətçi olmayıb. Buna baxmayaraq daxili araşdırmalar aparılır və həkim barəsində müvafiq tədbirlər görüləcək”, nazirlikdən bildirilib.