Məzmuna keç

Bakıda 67 yaşlı kişi imtahan vaxtı öldü

Bakıda imtahan zamanı ölüm hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, oktyabrın 8-də saat 09:30-da Bakı Biznes Universitetində Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan Peşəkar Mühasib Sertifaktı imtahanında imtahan vermək üçün gəlmiş 1956-cı il təvəllüdlü Qəribov Alxaz Abid oğlu vəfat edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.