Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları paytaxtda əməliyyat keçirib.
E-huquq.az xəbər verir ki, idarə əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Abdurəhmanov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 7 qramdan artıq heroin aşkar edilərək götürülüb.
Araşdırmalarla onun Rusiya Federasiyası Cinayət Mətcəlləsinin 158-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.
