Məzmuna keç

DİN ötən gün baş verən cinayət faktları barədə məlumat yaydı

DİN ötən gün baş verən cinayət faktları barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi ötən gün baş verən cinayət faktları və hadisələr haqqında statistik məlumat açıqlayıb.

E-huquq.az xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 13 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 14 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb.