Məzmuna keç

DİN Şirvanda 4 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı

DİN Şirvanda 4 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Şirvanda baş verən qəza ilə bağlı məlumat yayıb.

E-huquq.az xəbər verir ki, dekabrın 27-də saat 11 radələrində Şirvan şəhəri ərazisində Tərtər rayon sakini Qadir Şamilov idarə etdiyi “Hyundai Santa fe” markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə sürücü və sərnişinləri Pərvanə Zeynalova, Zöhrə Zeynalova və Eyzangül Dadaşova hadisə yerində ölüblər.

Faktla bağlı Şirvan şəhər polis şöbəsində cinayət işi başlayıb.