Məzmuna keç

DİN Lənkəranda baş verən silahlı insidentlə bağlı məlumat yaydı

DİN Lənkəranda baş verən silahlı insidentlə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Lənkəranda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

E-huquq.az xəbər verir ki, rayonunun Parakənd kənd sakini N.Quliyevin həmkəndlisi İ.Mirzəyevin evi istiqamətində tüfəngdən 2 dəfə atəş açması barədə daxil olmuş məlumat əsasında Lənkəran şəhər-rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə N.Quliyevdən müvafiq sənədləri olan “İJ-18” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.