Yeni il bayramı günlərində Təcili Tibbi Yardıma daxil olan çağırışların sayı təxmini gün ərzində 3000-ə yaxın olub.
E-huquq.az xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva məlumat verib.
Onun sözlərinə görə, poliklinika sisteminin işləməməsi səbəbindən, bu, adi günlərə nisbətən 600-800 zəng çoxdur:
“Müraciətlər, əsasən, ürək-damar xəstəlikləri, respirator və nevroloji xəstəliklərlə bağlı olub”.
