Məzmuna keç

Cəlilabad sakini Bakıda dəm qazından ölüb

Bakıda 44 yaşlı kişi dəm qazından ölüb.

E-huquq.az xəbər verir ki, 1980-ci il təvəllüdlü Cəlilabad rayon sakini Əmrahov Xalid Habil oğlu müvəqqeti yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1, ev 166-da hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.