Məzmuna keç

Xocavənddə arıçılıq təsərrüfatında partlayış olub, xəsarət alan var –

Tovuz rayon sakini 1996-cı il təvəllüdlü (cinsi kişi) Xocavənd rayonu ərazisində hərbi təyinatlı partlayıcının partlaması nəticəsində xəsarət alması səbəbilə Füzuli Rayon Mərkəzi Xəstəxanasının Əməliyyat şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dəne-huquq.az-a bildirilib ki, ona sağ əlin barmaqlarının travmatik amputasiyası diaqnozu təyin edilib.

Qeyd olunub ki, hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.

***

12.20

Xocavənd rayonunun Çartar kəndi ərazisində bu gün səhər saatlarında arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması nəticəsində 1996-cı il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlunun sağ əlindən xəsarət alması ilə bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə e-huquq.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

***

11.04

Xocavənddə hərbi təyinatlı partlayıcı partlaması, xəsarət alan var.

DİN-in mətbuat xidmətinin regional qrupundan e-huquq.az-a bildirilib ki, fevralın 10-də saat 09:30 radələrində Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması bağlı polisə məlumat daxil olub.

1996-ci il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlu əlindən xəsarət alıb. Vətəndaş xəstəxanaya təxliyyə edilib.

Araşdırma aparılır.