Məzmuna keç

Təmir sexi içərisindəki maşınla birgə yandı

Zaqatalada təmir sexi yanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Zaqatala rayonunun Yuxarı Tala kəndində ümumi sahəsi 96 m² olan, 2 boksdan ibarət avtomobil təmiri sexinin lambirdən ibarət tavanı 24 m² sahədə və içərisində təmirə dayanan “VAZ” markalı minik avtomobili yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.