Məzmuna keç

Sumqayıtda binanın zirzəmisindən çürümüş meyit tapıldı

Sumqayıtda binanın zirzəmisindən çürümüş kişi meyiti tapılıb.

E-huquq.az xəbər verir ki, hadisə 11-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, ərazidə yerləşən binalardan birinin zirzəmisindən təxminən 45-50 yaşlarında kişi meyiti aşkarlanıb. Meyitdə çürümə prosesinin başladığı müəyyən olunub və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.