Məzmuna keç

Bakıda yaşayış binasında yanğın oldu

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 62 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.