Xəzər dənizində gün ərzində üçüncü dəfə zəlzələ olub.
Bu barədə e-huquq.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Məlumata görə, yerli vaxtla saat 18:49-da Xəzər dənizində 3.3 maqnitudalı zəlzələ qeydə alınıb.
***
17.00
Yerli vaxtla saat 16:46-da Xəzər dənizində 3,2 maqnitudada ikinci zəlzələ qeydə alınıb.
E-huquq.az xəbər verir ki, bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
***
13.44
Xəzər dənizində 3,4 maqnitudada zəlzələ qeydə alınıb.
E-huquq.az xəbər verir ki, bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Məlumata görə, zəlzələ ocağı 11 km dərinlikdə yerləşib.
