- 8 May 17:33
Bakıda məsciddə yanğın olub.
E-huquq.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Sabunçu rayonunda ümumi sahəsi 300 m² olan birmərtəbəli məscid binasının yanar konstruksiyaları 32 m² sahədə yanıb. Məscidin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.