Məzmuna keç

Saraydakı partlayışda bir nəfər yaralandı, binaya və avtomobilə ziyan dəydi –

Abşeron rayonu, Saray qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən qısa müddətdə söndürülüb.

Nazirlikdən e-huquq.az-a verilən məlumata görə, hadisə zamanı ondördmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində ikiotaqlı mənzildə yanğına səbəb olan partlayış dalğasının təsirindən mənzilin pəncərə çərçivələri yerindən çıxaraq binanın həyətində park edilmiş “Hyundai” markalı avtomobilə ziyan vurub, mənzilin giriş qapısının yerindən çıxması nəticəsində binanın sərnişin və yük liftlərinin qapıları deformasiyaya uğrayıb.

Yanğın nəticəsində mənzilin bir otağı 20 kv.m sahədə yanıb, yanğınsöndürənlər tərəfindən müxtəlif dərəcəli bədən xəsarətləri almış ev sahibi, 2000-ci il təvəllüdlü F.Həsənzadə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, 25 nəfər bina sakini təxliyə edilib.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

24.02.2024-cü il tarixində saat 21:44 radələrində Abşeron rayonu Saray qəsəbəsində hündürmərtəbəli yaşayış binasında mənzillərin birində baş verən yanğın hadisəsi ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub. Dərhal hadisə yerinə 1 briqada cəlb olunub.

E-huquq.az xəbər verir ki, hadisə zamanı yanıq xəsarətləri alan 2000-ci il təvəllüdlü şəxs (qadın) Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Ona üzün, hər iki saidin, əlin 2 və 3-cü dərəcəli termiki yanığı diaqnozları qoyulub. Zəruri ilkin tibbi yardım edildikdən sonra isə xəstə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu ərazisində çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri məlumatla əlaqədar cəlb edilib.

E-huquq.az xəbər verir ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Əlavə məlumat veriləcək.

***

Abşeron rayonu, Saray qəsəbəsində mənzildə yanğınla nəticələnən partlayış olub.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Belə ki, "112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.