Göyçayda ağır yol qəzası olub, ölənlər və yaralı var


  • 4 Mart 09:20

Göyçay rayonunun Müskürlü kəndi ərazisində “Kia” markalı avtomobilin sürücüsü,1990-cı il təvəllüdlü Xəqani Bağırovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən e-huquq.az-a bildirilib ki, müxtəlif bədən xəsarətləri alan sürücü, eləcə də iki sərnişini, 1991-ci il təvəllüdlü Asif Gülməmmədov və Elçin Əsgərov hadisə yerində ölüb, digər bir sərnişin isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb.

Oxşar xəbərlər