Kəlbəcərədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az-ın məlumatına görə, martın 2-də 1980-cı il təvəllüdlü Heydərov Yasin Muxtar oğlu idarə etdiyi "MAN" markalı avtomobil ilə Kəlbəcər rayonu, Qamışlı kəndi ərazisində hərəkətdə olan zaman idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq aşıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü xəstəxanaya yerləşdirilib. O, ötən gün müalicə aldığı Gəncə şəhər Mərkəzi xəstəxanasında ölüb.
Faktla bağlı Kəlbəcər rayon polis şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
