Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var


  • 26 Mart 23:41

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

E-huquq.az xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunda qeydə alınıb.

Belə ki, minik və yük avtomobillərinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Onlar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər