"Nəsimi" metrostansiyasında alışma baş verib


  • 27 Mart 15:23

"Bakı Metropolteni" QSC-nin "Nəsimi" stansiyasının vestibülündə yerləşən xidməti otaqlardan birinin dəhlizində əməkdaşın ehtiyatsızlığı səbəbilə qida yağı elektrik sobasının üzərinə dağılıb və alışma baş verib.

E-huquq.az QSC-yə istinadən xəbər verir ki, alışmanın qarşısı dərhal alınıb.

Hadisə nəticəsində sərnişinlərin təhlükəsizliyinə xələl gəlməyib.

Oxşar xəbərlər