Bərdədə mopedlə avtomobil toqquşub, xəsarət alan var


  • 28 Mart 14:43

Bərdədə yol qəzasl baş verib.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Soğanverdilər kəndi ərazisində qeydə alınıb. 1961-ci il təvəllüdlü Cəfərov Zabil Cəfər oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobili mopedlə toqquşub. Qəza nəticəsində mopedin sürücüsü xəsarət alaraq Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər