Naxçıvanda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Gömür kəndində ümumi sahəsi 70 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 40 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
