Məzmuna keç

Sumqayıtda dəniz sahilində 6 aylıq uşağın meyiti tapıldı

Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində, dəniz sahilində uşaq meyitinin aşkar edilməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə e-huquq.az-a Baş Prokurorluqdan bildirib.

***

Sumqayıtda dəniz sahilində uşaq meyiti tapılıb.

E-huquq.az xəbər verir ki, meyit Zeynalabdin Tağıyev adına qəsəbədə dəniz sahilində aşkarlanıb.

Meyitin 6 aylıq uşağa aid olduğu bildirilir, lakin meyitin əraziyə hansı şəraitdə və kim tərəfindən atıldığı məlum deyil.

Fakt araşdırılır.