Bakının Binəqədi rayonu, Azadlıq prospektində mənzildə baş verən yanğında 14 nəfər xəsarət alıb.
Bu barədə e-huquq.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən hadisə yerinə 9 təcili yardım briqadası cəlb olunub.
Xəsarət alanlardan 2 nəfər (qadın cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 2 nəfər isə (qadın cinsli) bud sümüyünün sınığı, onurğanın küt travması diaqnozları ilə Kliniki Tibbi Mərkəzin Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
10 nəfərə isə yerində ilkin tibbi yardım göstərilib.
***
Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində mənzildə yanğın hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumat yayıb.
Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
