Daxili İşlər Nazirliyi son iki gün ərzində baş verən cinayət faktları və hadisələr haqqında məlumat yayıb.
E-huquq.az xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən son iki gün ərzində törədilmiş 59 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 41 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 86 nəfər saxlanılıb.
